Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Professordan XƏBƏRDARLIQ: “Hər an meymunçiçəyinə yoluxa bilərik“

Professordan XƏBƏRDARLIQ: “Hər an meymunçiçəyinə yoluxa bilərik“

“Transsərhəd zonalara nəzarət güclənməlidir”

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Tibb Univeristeti 1-ci Cərrahi xəstəliklər kafedrasının profesoru Adil Qeybulla deyib.

Qeyd edək ki, Dünya Səhiyyə təşkilatı həyəcan təbili çalıb. ÜST-ün baş diektoru Tedros Adhanom Qebreyesus meymunçiçəyinin qeyri-endemik ölkələrə keçmə riskinin real olduğunu deyib. Uşaqlar və hamilə qadınları risk qrup hesab edir. Meymunçiçəyinə 29 ölkədə 1 000-dən çox yoluxma qeydə alınıb.

Onun sözlərinə görə, rəsmi olaraq Azərbaycanda meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb:

“Biz qloballaşan dünyanın bir hissəsindəyik. Azərbaycanda meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb. Lakin real, faktiki vəziyyəti deyə bilmərik. Düşünürəm ki, dünyada bu kimi problemlər yaşanırsa, biz də tədbirlər görməliyik. İlk növbədə transsərhəd keçid zonalarında nəzarət güclənməlidir. Şübhəli şəxslər saxlanmalı, karantinə alınmalıdır”.

A.Qeybulla qeyd edib ki, insanları panikaya salmadan məlumatlandırmaq lazımdır:

“Bütün kütləvi toplaşma yerlərində, elektron KİV-lərlə təbliğat aparılmalıdır. İnsanları panikaya salmadan məlumatlandırmaq lazımdır. Bu proses kifayət qədər intensiv aparılmalıdır”.

Adil Qeybulla profilaktik tədbirlərin yetərincə aparılmadığını deyib:

“Təəssüf ki, bizdə bu işlər aparılmır. Profilaktik işlər yetərli deyil. Düşünürəm ki, bu istiqamətdə işlərin lazımi səviyyədə aparılması vacibdir. Çünki hər an meymunçiçəyinə yoluxma halı ilə qarşılaşa bilərik”

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …