Ana səhifə / Sosial / Professor zəlzələ ehtimalı, tikinti sektorundakı korrupsiyadan danışdı – VİDEO

Professor zəlzələ ehtimalı, tikinti sektorundakı korrupsiyadan danışdı – VİDEO

Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı videomüsahibə təqdim edib.
AzVision.az xəbər verir ki, ənənəvi cümə podkastının qonağı bu dəfə memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev olub.

Memar aparıcı ilə söhbətində Bakıda zəlzələ ehtimalına, paytaxtımızda inşa edilən binaların zəlzələyə davamlılığına, tikinti sektorundakı korrupsiyaya və digər mühüm məqamlara toxunub.

Müsahibə ərzində bir sıra maraqlı və düşündürücü məqamlara toxunan memar xüsusən son illərdə Bakıda inşaat sektorunda keyfiyyətin artdığını bildirsə də, əvvəlki illərdə yol verilən nöqsanlara da toxunub.

Həmçinin oxuyun

İş axtaranlardan bu sənəd tələb edilə bilər – VİDEO

Bütün sahələrdə işə qəbul zamanı narkoloji testdən keçmə tələbi təklif edilir. “Narkoloji xidmət və nəzarət …