Ana səhifə / Sosial / Primakov 40 erməni əsiri 70 azərbaycanlı ilə necə dəyişib? – TARİX

Primakov 40 erməni əsiri 70 azərbaycanlı ilə necə dəyişib? – TARİX

Erməni mənşəli fotoblogger, hazırda Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində hüquq müdafiəçisi kimi tanınan Albert Voskanyan bir neçə gün öncə 86 yaşında vəfat edən rusiyalı siyasətçi Yevgeni Primakov barədə xatirələrini bölüşüb.

Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov düşmüş şəxslərin dəyişdirilməsi ilə məşğul olan Voskanyan Primakovu məhz bu kontekstdə xatırlayıb və öz bloqunda Primakovun Azərbaycan və Ermənistan arasında əsir və girovların dəyişdirliməsi üçün gördüyü səyləri qeyd edib.

“Bu hadisə 1996-cı ilin mayında olmuşdu. Müharibə 2 il idi ki, bitmişdi, lakin münaqişə tərəfləri “əks düşərgədə əsirlərimiz reallıqda göstəriləndən çoxdur”-deyə düşünərək biri-birilə əsir mübadiləsi aparmırdı.

Yevgeni Maksimoviç Primakov o zaman Rusiyanın xarici işlər naziri idi, üçtərəfli danışıqlar aparılırdı.

Yeltsin Primakova göstəriş vermişdi ki, Qarabağ məsələsi ilə diqqətlə məşğul olsun. Məslənin siyasi məqamlarında, məsələn, ATƏT-in, Rusiyanın sülh təşəbbüsləri barədə məqamlarda dayanmayacam. Yevgeni Maksimoviçin sayəsində çoxlu azərbaycanlı və erməni ailələrinə bayramın gəlməsi – doğmalarının girovluqdan xilas olunması barədə demək istəyirəm.

Primakov Heydər Əliyevlə danışıqlardan sonra Bakıdan Yerevana 40 erməni hərbi əsir və girovu gətirdi.

Bundan sonra, Robert Köçəryan və Levon Ter-Petrosyanla danışıqlar başlandı və prosesə Vladimir Nikolayeviç Kazimirov da qoşuldu… Dağlıq Qarabağda təxminən 60 əsir və girov var idi ki, onları da Azərbaycan tərəfinə təhvil vermək üçün Qırmızı Xaç Komitəsinin maşınlarında Yerevana gətirdik.

Hər iki tərəfdən Qırmıız Xaç Komitəsinin maşınları və təyyarələri cəlb olunmuşdu. Dərhal Yerevan aeroportuna getdik, orda bizi Kazimirov gözləyirdi. Bilirdik ki, Primakov da Yerevan aeroportundadı. O, təyyarə ilə Bakıya aparmaq üçün Qarabağdan gətiriləcək 60 və Ermənistan ərzaisində saxlanılan daha 10 azərbaycanlı girovun gətirilməsini gözləyirdi. Qeyd etməliyəm ki, əsgir və girov azərbaycanlılar arasında ləzgilər, ruslar, ukraynalılar və tatar da var idi.

Bütün əsirlər (həm azərbaycanlı, həm də erməni) Beynəlxalq Qırmızı Xaç Komitəsinin sənədlərində öz ölkələrinə qaytarılmaları barədə razılıq verdiklərini imzaları ilə təsdiq etməli və konkret yollandıqları ünvan barədə məlumat verməli idilər. Azərbaycanlı əsirlər sənədə qol çəksələr də, bir “İvanov” soyadlı rus bundan imtina etdi və Ermənistanda qalmaq istədiyini bildirdi. Yevgeni Primakov “imtinaçı” ilə söhbətə başladı.

Bu zaman Yevgeni Maksimoviç mənə sualedici nəzərlə baxdı, mən özümü təqdim etdim və mənim ağzımdan çıxdı: “Mənə daha 5 dəqiqə verin.. məsələni həll edim”. 15 dəqiqə sonra təyyarə artıq havada idi.

Bu günə qədər həmin girov mübadiləsini “Primokov sayağı – hamını-hamıya” mübadiləsi adlandırırıq. Doğrundan da, onlarla ailənin doğmaları ilə qovuşması bu onun şəxsi xidmətidir”.

Qeyd edək ki, Yevgeni Primakov azərbaycanlıların yaddaşında daha çox Qarabağ faciəsi və qanlı 20 yanvar təcavüzü ilə qalıb. Bu hadisələr biləvasitə rəhbərlik edən Yevgeniy Primakov sovet partiya və “KQB” sistemlərinin yetişdirmiş olduğu siyasətçi idi.
SSRİ-nin dağılması ərəfəsində gələcək Rusiya maraqlarının təminatı olan etnik-ərazi münaqişələrinin də bir çoxu məhz onun rəhbərliyi altında təşkil olunmuşdu. Postsovet ölkələrdəki milli hakimiyyətlərin devrilməsi zamanı isə Primakov bir zamanlar casusu olduğu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru idi və öz çirkin əməllərini artıq qlobal miqyasda həyata keçirirdi.

Modern.az

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın