Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Prezidentin köməkçisi: “Karantin rejimi dərhal ləğv olunmamalıdır”

Prezidentin köməkçisi: “Karantin rejimi dərhal ləğv olunmamalıdır”

“Azərbaycanda koronavirus pandemiyası ilə bağlı sanitar-epidemioloji vəziyyət nəzarət altındadır”.
“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, ölkədə dəyişmə tendensiyası mövcuddur: “Bu əsasda növbəti addımlar atılır. Xəstəliyə yoluxma halı və areal nəzarət altındadır. Digər ölkələrin təcrübəsinə əsasən karantin hallarının uzadılması zəruri olur”.
H.Hacıyev qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən karantin rejimi dərhal ləğv olunmamalıdır.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …