Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Sosial / Prezidentin icra başçılarından tələbi – Kriteriyalar

Prezidentin icra başçılarından tələbi – Kriteriyalar

Bütün siyasi qərarları, büdcənin formalaşması və gələcək vəzifələrlə bağlı məsələləri Bakı üzərindən ayırd etmək sözün həqiqi mənasında paytaxtın qayğılarını artırır.

Bu sözləri Axar.az-a ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsinin əhəmiyyətini şərh edən millət vəkili Zahid Oruc deyib. Millət vəkili dövlət başçısının sədrliyi ilə kçeirlən müşavirəni xüsusi qiymətləndirib və ölkənin həyatı ilə bağlı çox vacib qərarların verildiyini qeyd edib:

“Qeyri-proporsionallıqdan çox ciddi əziyyət çəkməkdəydik. Yəni paytaxt qədərindən artıq inkişaf edir, lakin aqrar ərazilərin əsas hissəsi olan bölgələr bu inkişafdan geri qalırdı. Bu gün Abşeron yarımadası əhalinin 50 faizə qədərini özündə cəmləşdirir və büdcə resurslarının böyük əksəriyyəti məhz bu məkanın payına düşür. Beləlikə, sanki ərazi disbalansı yaşanır. Bu, özlüyündə başqa problemləri də dərinləşdirir, nəticədə paytaxta axın, əmək və mənzil bazarında çox ciddi gərginliklər özünü göstərir. Regionların boşalması ilk növbədə təhlükəsizliyimiz üçün problemdir, o biri yandan isə iqtisadi vasitələrlə həmin əraziləri inkişaf etdirmək istədikdə insan resursunun çatışmazlığı deməkdir. Ona görə də cənab Prezidentin dövlət kursunun ən mühüm komponenti məhz bölgələri siyasətin önünə çıxarmaq, paytaxtdan asılılığı aradan qaldırmaq, ərazilərin bərabər inkişaf modelini bərqərar etməkdir”.

Millət vəkilinin sözlərinə görə, prezident nəinki ölkənin iqtisadi həyatı üçün son dərəcə fundamental proqram baxışlarını ifadə etdi, həmçinin Azərbaycanın mənafelərinin qorunması və bütövlükdə sahibkarlar ordusu üçün çox vacib çağırışlar etdi:

“Hesab edirəm ki, dövlət başçısı belə bir dönəmdə iqtisadi sferada yer alan bütün qüvvələri öz müttəfiqinə çevirməkdə maraqlıdır. Bəli, etiraf etmək lazımdır ki, keçmişdə olan bir sıra layihələr istənilən nəticələri verməyib. Bundan sonra bölgələrinin rəhbər şəxslərinin fəaliyyətinə məhz investisiyaların cəlbi, iş yerlərinin çoxalması və mərkəzi büdcədən asılılığın aradan qaldırması kriteriyaları əsasında qiymət veriləcək. Bu, məmurların fəaliyyətinin yeni müstəviyə daşınması anlamına gəlir. Keçmişdə özünü göstərən maneçiliklər, bürokratik əngəllər, lisenziya ilə bağlı tələblər və qanunsuz hərəkətlərin aradan qaldırılması üçün Prezident birbaşa onlarla ünsiyyət müstəvilərini seçir. Müşavirədə idxalın azalması və əvəzində ixracın artması qabardıldı. Deməli, əhəmiyyətsiz sahə yoxdur. Bir çoxları üçün çox da strateji görünməyən fındıqçılıqla bağlı mühüm məsələlər və yaxın bazarlara çıxış məsələləri də ifadə olundu. Neftdən asılılığın aradan qaldırılmasının başqa alternativi yoxdur. Bu, Azərbaycan iqtisadiyyatının mühüm dönüş mərhələsi kimi xarakterizə ediləcək. Cənab prezidentin irəli sürdüyü hər bir istiqamət son dərəcə əhəmiyyətlidir. Əminəm ki, qarşıdakı dönəmdə iqtisadi dinamikada müsbət dəyişikliləri daha çox görəcəyik. Nəhayət, devalvasiyanın vurduğu zərbələri aradan qaldırmaq, xüsusilə də işsizliyin artmasını və ixtisarların qarşısını kəsmək mümkün olacaq”.

Həmçinin oxuyun

Bakıda bu yol 10 ildən sonra açıldı – Video

Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə 10 ilə yaxındır bağlı olan yol …

Bir cavab yazın