Ana səhifə / Sosial / “Prezidentin ağacların kəsilməsinə münasibəti kəskindir” – Baş nazirin müavini

“Prezidentin ağacların kəsilməsinə münasibəti kəskindir” – Baş nazirin müavini

“Azərbaycanda ağacların qanunsuz kəsilməsinə münasibətim kifayət qədər kəskindir. Prezident İlham Əliyev dəfələlər bu məsələ ilə əlaqədar açıq və kəskin mövqeyini ifadə edib”.
“Report”un xəbərinə görə, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. 
Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan qanunvericiliyində ağacların qanunsuz kəsilməsinə görə inzibati və daha ağır tədbirlərin görülməsi nəzərdə tutulur.
Baş Nazirin müavinin sözlərinə görə, müvafiq qurumlar öz üzərlərinə düşən vəzifələri və öhdəlikləri layiqincə yerinə yetirməlidir ki, ağacların qanunsuz kəsilməsinə imkan verilməsin: “Əlbəttə, Azərbaycanda iqtisadiyyat inkişaf etdikcə, yeni iş yerləri yarandıqca, müəssisələr işə salındıqca, buna yerlər lazım olur. Amma təbii ki, bunların heç biri ağacların kəsilməsi hesabına baş tutmamalıdır. Çünki bu ağaclar hər bir vətəndaşın sağlam ekoloji mühitdə yaşaması üçün lazımlıdır. Biz çalışırıq, geniş miqyasda ağaclar əkilir, yaşıllıq zolaqları salınır ki, havanın təmizliyi təmin edilsin”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …