Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Prezidentin əmrləri vicdanla yerinə yetiriləcək” – Mədət Quliyev

“Prezidentin əmrləri vicdanla yerinə yetiriləcək” – Mədət Quliyev

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantların andiçmə mərasimi keçirilib.

Xidmətin İctimai Əlaqələr Şöbəsindən verilən məlumata görə, DTX-nin Heydər Əliyev adına Akademiyasının müəllim-professor heyəti, gənc kursantlar və valideynlər Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər və məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Akademiyada da ehtiramla anılıb, Ulu öndərin Akademiyada ucalan abidəsinin önünə gül dəstəsi qoyulub.
Kursantların hərbi andı qəbul etmək üçün təntənəli mərasimə hazır olmaları barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevə raport verilib. Andiçmə mərasiminin başlanmasına icazə verildikdən sonra tədbir açıq elan olunub. Ümummilli Liderin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni səsləndirilib.
Sonra kursantlar təntənəli surətdə and içiblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev çıxış edərək kursantları, valideynləri, Akademiyanın bütün şəxsi heyətini bu əlamətdar gün münasibətilə təbrik edib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsinin kursantı olmağa layiq görülən gənclər məsul və şərəfli peşənin sirlərinə dərindən yiyələnərək əsl zabit kimi yetişməlidirlər. Ulu Öndərin azərbaycançılıq irsini öyrənmək, onun ideya və amallarına daim sadiq qalmaq hər bir kursantın mənəvi və vətəndaşlıq borcudur. Eyni zamanda, kursantlar əsl hərbçi kimi yüksək əxlaqi keyfiyyətlərə malik olmalı, təhsildə və xidmətdə əla nəticələr göstərməli, bütün vəzifələri vicdanla yerinə yetirməli, doğma torpağını, xalqını və dövlətini sonsuz məhəbbətlə sevməlidirlər.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorun­ması, möhkəmləndirilməsi siyasi xəttini uğurla davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir. Dövlət başçımızın qətiyyətli idarəçiliyi, beynəlxalq siyasi nüfuzu, ümumxalq məhəbbəti belə deməyə əsas verir ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük nailiyyətlərə və yeni zəfərlərə doğru inamla addımlayır.
General-leytenant Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinin Ali Baş Komandan möhtərəm İlham Əliyevin müstəqil və güclü Azərbaycanın maraqlarının və təhlükəsizliyinin etibarlı qorunması üzrə siyasət xəttinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün bütün əmr və göstərişlərini bundan sonra da dərhal və vicdanla yerinə yetirəcəyini bildirib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın