Ana səhifə / Sosial / Prezidentdən DTX və XKX ilə bağlı- Sərəncam

Prezidentdən DTX və XKX ilə bağlı- Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Azinforum.az xəbər verir ki, sərəncama əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində “milli təhlükəsizlik,” sözləri çıxarılsın və “fövqəladə hallar,” sözlərindən sonra “dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti,” sözləri əlavə edilsin.

Bunula da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) əməkdaşlarına dövlət qulluqçusu statusu verilib.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın