Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Sosial / Prezidentdən Bakıda yolların təmiri ilə bağlı SƏRƏNCAM

Prezidentdən Bakıda yolların təmiri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Unikal.org xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Hövsan qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin altı milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Həmçinin oxuyun

Jurnalist BNA-nın yalanını belə ifşa etdi – VİDEO

Tanınmış jurnalist Məhəmmədəli Qəribli Bakı Nəqliyyat Agentliyinin (BNA) yarıtmaz fəaliyyətini sərt tənqid edib. Bundan sonra …