Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / Prezident yenidən zəlzələ bölgəsində – İşin gedişatını izlədi

Prezident yenidən zəlzələ bölgəsində – İşin gedişatını izlədi

Fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır. Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün İlham Əliyev martın 6-da Ağsu rayonuna səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı zəlzələ nəticəsində zərər çəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış olub. Prezident İlham Əliyev Xasayev küçəsinin sakini Gülarə Hökmrəvanın ailəsi üçün tikilməkdə olan yeni evə baxıb, ev sahibinin oğlu Tahir Hökmrəvanla söhbət edib. 

Burada fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına zəlzələ zonasında görülən işlər barədə məlumat verib. Bildirildi ki, yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893, Ağsuda 1461, İsmayıllıda 919 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Şamaxıda 1111 , Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac var. Şamaxıda 1800, Ağsuda 1022, İsmayılıda, 354 evin isə təmirə ehtiyacı var. Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin 38 evin tikintisinə başlanılıb. Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verib. 

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …