Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Prezident Yəhudi Komitəsinin icraçı direktoru ilə görüşdü

Prezident Yəhudi Komitəsinin icraçı direktoru ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azinforum.az xəbər verir ki, dövlət başçısı Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin maraqlı olacağına və ilk dəfə Azərbaycana səfər edən heyət üzvlərinin ölkəmizlə yaxından tanış olmaları üçün səfərin yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib.
Devid Harris Azərbaycanın ABŞ üçün çox əhəmiyyətli bir ölkə olduğunu vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda müxtəlif dini icmaların birgə yaşayışı, multikulturalizmin daha da inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlərin önəmi qeyd olundu, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın