Çərşənbə , İyun 26 2019
Ana səhifə / Sosial / Prezident xalq artistinə ev verdi

Prezident xalq artistinə ev verdi

Prezident İlham Əliyev xalq artisti Əjdər Həmidova 3 otaqlı mənzil hədiyyə edib.

Kult.az xəbər verir ki, xalq artisti Əjdər Həmidov məlumat verib.

O bildirib ki, Prezident İlham Əliyev bayramqabağı imzaladığı bütün fərman və sərəncamlarla sənət adamlarını sevindirib.

“Cənab Prezident şəxsən mənə Bakı şəhərinin 9-cu mikrorayon ərazisində 3 otaqlı mənzil hədiyyə edib. Buna görə də cənab Prezidentə sənət adamları və öz adımdan təşəkkürümü bildirirəm. Ölkə başçısı İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın bayramını təbrik edirəm”, – deyə xalq artisti bildirib.

Həmçinin oxuyun

Azərbaycanda qara pomidor yetişdirilir – Fotolar + Video

Karvan L Eko MMC- nin Ağstafa rayonunda yerləşən istixanasında becərilən məhsullar orqanik şəraitdə və bu …