Ana səhifə / Sosial / Prezident Milli Strategiyanı təsdiqlədi

Prezident Milli Strategiyanı təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Sərəncamdan irəli gələn digər məsələləri həll etmək Nazirlər Kabinetinə tapşırılıb.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın