Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Prezident İrana səfərə hazırlaşır

Prezident İrana səfərə hazırlaşır

İran Azərbaycan iqtisadiyyatına 2,7 milyard dollar investisiya qoyub, amma bunun böyük hissəsi neft sektorunun payına düşür.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında deyib. Onun sözlərinə görə, İran şirkətləri həmin investisiyadan 1,7 milyard dollar gəlir əldə ediblər: “Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi isə hələki tərəfləri qane etmir. Ona görə də biz qeyri-neft sektoruna investisiya qoyuluşunu artırmaq niyyətindəyik”.

Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərinə hazırlıq getdiyini deyən nazir qeyd edib ki, hələlik səfər çərçivəsində müzakirə olunacaq məsələlərdən, imzalanacaq sənədlərdən danışmaq tezdir. Ş. Mustafayev səfərin konkret tarixini də açıqlamayıb.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın