Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Prezident İlham Əliyevin dünyada, regionda və ölkədə baş verənlər barədə Twİtter mesajları

Prezident İlham Əliyevin dünyada, regionda və ölkədə baş verənlər barədə Twİtter mesajları

Hazırda Belarusda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevə məxsus Twitter ünvanından (@azpresident) son günlər dünyada və ölkədə baş verən hadisələrlə bağlı qısa mesajlar yayılıb.  Musavat.com həmin mesajları təqdim edir: “Azərbaycan çalışır ki, dünyada daha böyük anlaşma olsun, qarşıdurmaya yol verilməsin, insanlar daha rahat, sülh, əmin-amanlıq şəraitində yaşasınlar”; 

“Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Azərbaycanda heç vaxt milli, dini zəmində qarşıdurma olmamışdır və olmayacaqdır”;
“Azərbaycan öz xalqının iradəsini ifadə edir, heç kimin işinə qarışmır, amma heç kimə imkan verməyəcək ki, onun işinə qarışsın və ziyan vursun”; 
“Azərbaycan nadir ölkələrdəndir ki, miqrant böhranı ilə bağlı öz səsini ucaldır. Bu ədalətsizliyə dözmək mümkün deyil”;
“Azərbaycan Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır”.
“Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə tarixi əlaqələrə malikdir”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın