Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Prezident İlham Əliyev və xanımı Xurşidbanu Natəvanın abidəsini ziyarət edib – Belçikada (FOTOLAR)

Prezident İlham Əliyev və xanımı Xurşidbanu Natəvanın abidəsini ziyarət edib – Belçikada (FOTOLAR)

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər.
Azinforum.az Azərtac-a istinadən xəbər verir ki, Vaterlo şəhərinin meri Floran Röter prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıb.
Dövlət başçısı və xanımı abidənin önünə gül dəstələri qoyublar.
Ötən il fevralın 18-də açılışı olan bu abidənin ucaldılması Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Şəhərin mərkəzi parkında ucaldılmış abidə Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın