Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Prezident İlham Əliyev “Lazard Avropa” şirkətinin vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev “Lazard Avropa” şirkətinin vitse-prezidenti ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas ilə görüşüb.

Virtualaz.org saytı xəbər verir ki, prezident İlham Əliyev Azərbaycan ilə “Lazard Avropa” şirkəti arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib. Dövlət başçısı bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

“Cənub qaz dəhlizi” layihəsinin maliyyələşdirilməsi üzrə ölkəmizin maliyyə məsləhətçisi olan “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas bildirib ki, Azərbaycan yüksək reytinqə malikdir. O qeyd edib ki, Azərbaycanda aparılan islahatlar ölkənin imicinə yaxşı təsir edir və nəticədə əlavə maliyyə resurslarının cəlb olunması imkanlarını genişləndirir.

Söhbət zamanı Azərbaycan ilə “Lazard Avropa” şirkətinin işgüzar münasibətləri müzakirə edilib, digər sahələrdə də potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın