Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Prezident İlham Əliyev: “Azərbaycan Suriyada humanitar məsələlərin həllinə töhfə verir”

Prezident İlham Əliyev: “Azərbaycan Suriyada humanitar məsələlərin həllinə töhfə verir”

Prezident İlham Əliyevə məxsus “twitter” hesabından (@azpresident) Suriyada yaşanan proseslərlə bağlı qısa mesajlar paylaşılıb.
Prezident İlham Əliyev Azərbaycanın Suriyada humanitar məsələlərin həllinə töhfə verdiyini və gələcəkdə də bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib:“Suriyada əsas məsələ sülhün, atəşkəsin təmin edilməsi, problemin siyasi həllinin tapılmasıdır”.
Dövlət başçısı onu da qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində Azərbaycan bu gün Suriyada olan humanitar fəlakət və böhranla üzləşib.
Prezident İlham Əliyev “Ermənistan Azərbaycanın 20% ərazisini işğal etmiş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan çətinliklərdən əziyyət çəkmiş ölkə kimi inkişafı təmin etməyin yolunu bilir və öz təcrübəsini bölüşməyə hazırdır” – deyə yazıb.
Dövlət başçısı bildirib ki, Azərbaycanda 250 min qaçqın evlə təmin edilmiş, qaçqınlar arasında yoxsulluq səviyyəsi 70%-dən 12%-ə endirilib. Son on ildə Azərbaycanda 1,5 milyon iş yeri yaradılıb, yoxsulluq və işsizlik 5 %-ə düşüb, 100 % savadlılıq səviyyəsinə nail olunub.
Prezident İ.Əliyev “Azərbaycan sülhü, humanizmi təşviq edən ölkədir və bu sahədə öz vacib rolunu oynamağa davam edəcəkdir” – deyə qeyd edib.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın