Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Sosial / “Prezident idarə üsulu 2019-cu ildə tətbiq olunacaq” – Ərdoğan + Yenilənib

“Prezident idarə üsulu 2019-cu ildə tətbiq olunacaq” – Ərdoğan + Yenilənib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın referendum seçkilərinin nəticəsindən sonra ilk açıqlaması yayılıb.

“ Azinforum.az ” “Milliyet”ə istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırım, MHP sədri Dövlət Baxçalı və BBP lideri Mustafa Destici ilə telefon əlaqəsi saxlayan Ərdoğan onları fəaliyyətinə və əldə olunan nəticəyə görə təbrik edərək referendumun Türkiyə milləti və ölkəyə xeyir gətirməsini arzuladığını bildirib.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Huber köşkündə keçirdiyi mətbuat konfransında referendumun nəticələrini dəyərləndirib.

“Bu gün Konstitusiyaya dəyişikliklə bağlı keçirilən ümumxalq səsverməsinin nəticələrinin ölkəmiz və millətimiz üçün xeyirli olmağını diləyirəm. Rəsmi olmayan nəticələr təxminən 25 milyon “bəli” səsiylə və 1 milyon 300 min fərqlə Konstitusiyaya dəyişikliyin qəbul edildiyini göstərir.

Türkiyə bu gün 200 illik qədim bir müzakirə mövzusu olan idarə sistemi məsələsində tarixi qərarını verib. Bu qərar adi bir hadisə deyil. Bu gün çox ciddi bir idarəedici sistemlə bağlı dəyişikliyə qərarın verildiyi gündür.

Sabahdan etibarən ölkəmizi lazımız müzakirələrə cəlb etməkdənsə hər kəsin bu hədəfə fikrini yönəltməsində fayda görürük. Eləcə də digər ölkələrin və qurumların millətimizin qərarına hörmət göstərməyini istəyirik.

Seçkilər artıq bitib və o müddətdə aparılan mübahisələr arxada qalıb. Qarşımızda yeni bir mərhələ var. Bildiyiniz kimi Konstitusiyaya dəyişikliyin bütün maddələri o dəqiqə qüvvəyə minmir. Xüsusilə də prezident idarə üsulu ilə bağlı dəyişikliklər 2019-cu il noyabrın 3-də tətbiq olunacaq.

Məlumata görə, seçiçi fəallığı 86 faiz olub. Bu nəticəni azaltmaq istəyənlər var, ac toyuq özünü taxıl bazarında görər. Boş yerə özünüzü yormayın. Atı alan Üsküdarı keçdi, xəbəriniz yoxdur”, – deyə Ərdoğan çıxışı zamanı bildirib.

 

Həmçinin oxuyun

Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı – FOTO\VİDEO

Ötən gün Göyçayda toy karvanında baş vermiş ağır qəzanın videosu yayılıb.  Oxu.Az-ın bölgə müxbirinin əldə …

Bir cavab yazın