Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / “Prezident düzgün addım atdı” – Vahid Əhmədov

“Prezident düzgün addım atdı” – Vahid Əhmədov

Xəbər verdiyi kimi, prezident İlham Əliyev sentyabrın 15-də “İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Məqsəd icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində səmərəliliyi artırmaq, ölkədə sahibkarlıq fəaliyyətini genişləndirmək, habelə biznes və investisiya mühitinin əlverişliliyini və rəqabət qabiliyyətini artırmaqdır.

Sənədə əsasən, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1 yanvar tarixinədək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması dayandırılıb.

Millət vəkili Vahid Əhmədov AzVision.az-a bildirib ki, prezidentin imzaladığı fərman mühüm əhəmiyyətə malikdir.

Deputatın fikrincə, yerli və mərkəzi icra hakimiyyəti orqanları ölkəmizdə müəyyən məhsullar istehsal olunsa da, daha çox xaricdən məhsul almağa üstünlük verir. Bu baxımdan ölkə başçısının imzaladığı fərman gözlənilən idi.

“Məmurlar bir çox avadanlıqları, mebelləri xaricdən alır. Hesab edirəm ki, bu fərman yerli istehsalın artmasına kömək edəcək. Ümumiyyətlə, bu proses davam etməli və daim nəzarətdə olmalıdır. Nəzərə alsaq ki, Azərbaycanın tədiyyə balansında müəyyən problemlər var, idxal-ixrac əməliyyatlarında mənfi saldo mövcuddur. Bunu aradan qaldırmaq üçün yerli istehsalı artırmaq lazımdır.

Məmurlar yerli məhsullardan istifadə etməlidirlər ki, xaricə əlavə valyuta çıxarmayaq. Əlavə valyuta yalnız o məhsullar üçün istifadə edilməlidir ki, onlar Azərbaycanda istehsal edilmir. Düşünürəm ki, prezidentin başlatdığı islahatlar yerli istehsalın inkişafına təkan verəcək. Bu baxımdan deyə bilərəm ki, prezident düzgün addım atdı və bu addım inkişafı sürətləndirəcək”,-deyə V.Əhmədov vurğulayıb.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın