Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Prezident Cavid Qurbanova müavin təyin etdi

Prezident Cavid Qurbanova müavin təyin etdi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müavini təyin edilib.

APA bildirir ki, Azərbpycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Vüsal Aslanov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.

Azvision.az-ın əldə etdiyi məlumata görə, Vüsal Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və təsərrüfat hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi qazanıb.

2004-cü ildən “Azərinşaatservis” MMC-də hüquq müşaviri, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.

2005-2006 illərdə hərbi xidmətdə olub. 2006-2013 illərdə “Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.

V.Aslanov 2010-2014 illərdə “Azərinteltek” QSC İdarə Heyətinin üzvü olub. 2013-2015 illərdə “Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, “Retro-Park” MTK-nın sədri vəzifəsində çalışıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri kimi fəaliyyət göstərib.

Evlidir, 3 övladı var.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın