Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Prezident ​İlham Əliyev: ”Hesab edirəm ki, Vyana görüşü uğurlu oldu”

Prezident ​İlham Əliyev: ”Hesab edirəm ki, Vyana görüşü uğurlu oldu”

Azərbaycan tezliklə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi, substantiv danışıqların başlanmasını gözləyir.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

“Hesab edirəm ki, Vyana görüşü uğurlu oldu. Biz tez bir zamanda, yubadılmadan çox ciddi, vasitəçilərin dediyi kimi, substantiv, yəni məzmunlu danışıqların başlanacağını gözləyirik”, – deyə dövlət başçısı bildirib.

Bununla yaqaşı o qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil.
“Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Başqa yol yoxdur. BMT-nin dörd qətnaməsi yerinə yetirilməlidir”, – deyə Azərbaycan prezidenti əlavə edib.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın