Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Politoloq: “Azərbaycan bu “oyuna” razı olmayacaq…”

Politoloq: “Azərbaycan bu “oyuna” razı olmayacaq…”

“Ermənistan bu ilin sonuna kimi Azərbaycanın işğal altında olan 5 rayonunu geri qaytaracaq”

Tərəfdar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Morkov verdiyi müsahibəsində söyləyib.

Məsələ ilə bağlı siyasi politoloq Zərdüşt Əlizadənin münasibətini öyrəndik.

Onun sözlərinə görə, Ermənistan Rusiyanın tərkibində olan dövlətdir və bütün deyilənlərə razı olmağa məhkumdur:

“Rusiya politoloqları arasında əksəriyyət Rusiyanın imperialist mövqeyini müdafiə edir və dəstəkləyir. Təbii ki, impreialist siyasət Ermənistanın işğalçı siyasəti ilə üst- üstə düşür. Əksər Rusiya politoloqları da Ermənistanın tərəfinə düşür. Sergey Markov da obyektiv olaraq Azərbaycanın mənafeyini nəzərə alan siyasi mövqeyinə toxunub. Buna görə də onların mövqelərinə və söylədiklərinə diqqətlə yanaşmaq lazımdır. Əgər o, deyibsə ki, ilin sonuna qədər bu işə Xarici İşlər Nazirliyinin tərkibi ilə rayonların bir hissəsi qayıdacaq və sonradan hansısa mövqe, vəziyyət yaranacaq, demək, o, nəyəsə əsaslanıb bunu deyib. Rusiyanın son planının həyata keçməsi isə o, Rusiyanın nə təklif edəcəyindən asılı olacaq. Ermənistan Rusiyanın tərkibində olan dövlətdir və bütün deyilənlərə sözsüz razı olmağa məhkumdur. Amma Azərbaycan daha çox sərbəstlik həddinə malikdir. Azərbaycana nə təklif edəcəkləri axırda bilinəcək. Əgər yenə də hansısa bir uzun müddətli “oyuna girək” təklif olunarsa düşünürəm ki, Azərbaycan buna razı olmayacaq”.

Gülnarə Eynullaqızı

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın