Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Sosial / Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara əsasən, 2020-ci il 24 oktyabr saat 00:00 etibarən Xaçmaz rayonuna operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, bununla əlaqədar rayonun giriş-çıxış hissələrində postlar qurulub, RPŞ-nin və Daxili Qoşunlarının əməkdaşları tərəfindən gücləndirilmiş iş rejimində xidmət aparılır.

Müvəqqəti quraşdırılmış postlarda rayon ərazisinə daxil olmaq istəyən sürücü və sərnişinlərin sənədləri yoxlanılır və həmin şəxslər aidiyyəti üzrə qeydiyyatda olduqları ünvanlara yönləndirilirlər. Bundan əlavə şöbə əməkdaşları rayon ərazisində də profilaktiki reydlər keçirərək, sakinlərə həyata keçirilən tədbirlər barədə geniş məlumatlar verirlər.

Həmçinin oxuyun

Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu …