Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Polis rəisi Bakıda binanın giriş-çıxışını hasarladı – VİDEO

Polis rəisi Bakıda binanın giriş-çıxışını hasarladı – VİDEO

Bakıda Binəqədi rayonu ərazisində, 22-ci Dağlı küçəsində “MAP MMC” şirkətinə məxsus olan binanın girişi polis müdaxiləsi nəticəsində bağlanıb.

Bina sakinləri Yenisabah.az-a bildiriblər ki, bir neçə gündür binanın həyətinə gedən piyada yolu tam bağlanıb, maşın yolunda isə hasarlama işi aparılır.

Sakinlərin iddiasına görə, binanın yaxınlığında Sumqayıt polis idarəsinin rəisi Fəqan Azadəliyevin atası Cəbrail Azadəliyevə məxsus 2.4 sot torpaq sahəsi mövcuddur. Lakin həmin ərazini polis rəisinin göstərişi ilə genişləndiriblər və nəticədə də binaya gedən bütün yollar bağlanıb.

Şikayətçilər F. Azadəliyevin tapşırığı ilə Binəqədi mühafizə polisinin əməkdaşlarının əraziyə cəlb olunduğunu və tikinti işinin də polisin mühafizəsi altında aparıldığını bildirirlər.

Tikinti işlərinə və həmçinin əraziyə cəlb olunmuş polis əməkdaşlarına isə F. Azadəliyevin qardaşı, vəkil Elxan Azadəliyev rəhbərlik edir: “Vəzifəsi sadəcə vəkil olan və polis orqanlarında heç bir məsul vəzifəyə sahib olmayan Elxan Azadəliyevin mühafizə polisinə rəhbərlik etməsinin qanuniliyi heç kəsə bəlli olmasa da görüntülərdən də göründüyü kimi həmin şəxs hazırda bu səlahiyyətə sahib şəxs kimi özünü aparmaqla məşğuldur”.

Binanın yeganə girişinə isə polisin mühafizə budkası qoyulub.

Şirkət baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, digər aidiyyəti qurumlara müraciət edib.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …