Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Polis maska taxmayan sürücü və sərnişinləri cərimələdi

Polis maska taxmayan sürücü və sərnişinləri cərimələdi

Yollarda baş verə biləcək qəza hadisələrinin qarşısının alınması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmini məqsədilə Masallıda dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən növbəti reyd təşkil olunub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, şəhərin müxtəlif küçə və prospektlərində təşkil olunan tədbirlər zamanı ictimai nəqliyyatda tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər aşkarlanıb və barələrində inzibati protokollar tərtib edilib.

Tədbirlər zamanı həmçinin ixrac etdiyi qazların tərkibindəki zərərli maddələrin tərkibi normalara uyğun gəlməyən nəqliyyat vasitələri, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edənlər, müvafiq fərqlənmə nişanı və lisenziyası olmadan sərnişindaşıma ilə məşğul olan sürücülər, mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar aşkarlanıb.

Reyd zamanı ümumilikdə 20-yə yaxın müxtəlif qayda pozuntularına yol verən sürücü barəsində inzibati protokol tərtib edilib.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …