Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Polis iti avtomobilə bağlayıb sürüyən şəxsi məsuliyyətə cəlb etdi – Video

Polis iti avtomobilə bağlayıb sürüyən şəxsi məsuliyyətə cəlb etdi – Video

İti avtomobilin arxasına bağlayaraq sürüyüblər.
Baku.ws xəbər verir ki, bunu əks etdirən görüntülər Gəncə-Şəmkir yolunda çəkilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, sosial şəbəkələrdə iti avtomobilin arxasına bağalayaraq sürüyən şəxsin kimliyi müəyyən olunub:
“Onun Kəlbəcər rayon sakini Radil Orucov olması müəyyən edilib. Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sürücünün yeri müəyyən edilərək polis şöbəsinə dəvət olunub. R. Orucovla profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib”.

https://baku.tv/embed/76983

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …