Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / “Polisə qarşı silah işlədən dərhal məhv edilməlidir” – Deputat

“Polisə qarşı silah işlədən dərhal məhv edilməlidir” – Deputat

“Dini qruplaşmaların imamları bu gün internet vasitəsilə müraciət edirlər. Bu çox təhlükəlidir və nəzərə alınmalıdır. Dövlətə, onun polisinə qarşı silah işlədən dərhal məhv edilməlidir”.

Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı parlamentin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, dövlətimizin dini təməllərinin sarsıdılmasının qarşısını almalıyıq: “Bu 25 ildə xaricdə təhsil almağa gedənlər təkcə öz istəkləri ilə getməyiblər. Gələcəkdə də belə olacaq. Bu həssas məsələdir, hamı könüllü getmir. Bakı İslam Universitetinin, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin fəaliyyəti bu istiqamətdə gücləndirilməlidir”.

Millət vəkili Qənirə Paşayeva da çıxışında qeyd edib ki, Azərbaycan yeganə ölkədir ki, burada məzhəb yanaşması olmayıb: “ Biz bu dəyərlərə sahib çıxamalıq. Çünki din pərdəsi adı altında insanların bu gün nələr törətdiklərinin şahidiyik. Bu gün İraq türkmənlərinin nələr çəkdiyi məlumdur. Onlar İŞİD tərəfindən nə qədər zülmə məruz qalıblar.

Bu yaxınlarda Lalə Yusifova adlı bir qızın sosial şəbəkədə fəryadını eşitdik. Atasının da xəbəri olmadan uşaqların, analarının kimsə başını yuyub xaricə aparıblar və öz məqsədləri üçün istifadə edirlər.

Mən xaricdə təhsilin tərəfdarıyam. Amma dini təhsil sahəsində diqqətli olmalıyıq. Söhbət ondan gedir ki, xaricdə dini təhsil verən ocaqlarda hansısa məzhəb məsələsi var. Biz daha çox çalışmalıyıq ki, ölkəmizdə dini təhsil verək ki, kimsə xaricdən qayıdıb təhsil verəndə məzhəb məsələsini ortalığa qoymasın”.

Həmçinin oxuyun

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” – VİDEO

Paytaxtın “28 May” stansiyası yaxınlığında taksi sürücüləri dayanacaqların azlığından şikayətçidirlər. Onlar bildiriblər ki, sözügedən ərazidə …

Bir cavab yazın