Ana səhifə / Sosial / “Poçtumu sındırıb, AŞPA-ya məktub yazıblar” – Qalmaqal böyüyür

“Poçtumu sındırıb, AŞPA-ya məktub yazıblar” – Qalmaqal böyüyür

Azərbaycandan bir qrup `vətəndaş cəmiyyəti fəalı`nın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) məktub ünvanlayaraq, ölkəmizin nümayəndə heyətinin səsvermə hüququnun dayandırılmasını tələb etməsi ilə bağlı xəbər vermişdik. Daha əvvəlki məlumatlarımızda bu müraciətə imza atanların heç də hamısının bu fikirlə həmrəy olmadığını bildirmişdik. Bu gün isə göndərilən müraciətlə bağlı daha bir sensasion fakt ortaya çıxıb.

Bəlli olub ki, müxtəlif QHT təmsilçilərinin e-mail adresini oğurlayan şəbəkə üzvləri sonradan onları guya `müraciətə imza atanşəxslər` qismində AŞPA-ya ünvanlayıblar.

Müraciətə `imza atan` qismində göstərilən Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin sədri Nəsrulla Nurullayev AzVision.az-a açıqlamasında bildirib ki, AŞPA-ya məktub göndərilməsindən ümumiyyətlə, xəbəri yoxdur: “Bu adamlar kimdirsə, mənim elektron poçtumu ([email protected]) sındıraraq, oğurlayıblar. Sonra adımdan özümün xəbəri olmadan AŞPA-ya məktub göndəriblər. Necə ola bilər ki, ingilis dilini bilməyə-bilməyə müraciət ünvanlayım? Açıq şəkildə saxtakarlığa yol veriblər. Sonradan bu müraciəti oxudum. Orada yazılanlarla qətiyyən razılaşa bilmərəm. Ona görə açıq bəyan edirəm ki, bu adamlar kimdirsə, saxtakarlıq edərək adımdan müraciətə imza ediblər”.

N.Nurullayev qeyd edib ki, yaşlı bir insan kimi ahıl şəxslərlə işləyir: “Vətəndaş Cəmiyyəti təmsilçisi olaraq siyasi məsələlərə qarışmıram. Mən Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasını dəstəkləyirəm” .

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın