Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Plastik qabların satışı dayandırılır – VİDEO

Plastik qabların satışı dayandırılır – VİDEO

Birdəfəlik istifadə üçün istehsal olunan plastik qabların satışı qadağan edilir.

Təkrar emal üçün yararsız hesab olunan plastik qablar bütün canlı orqanizmlər üçün eyni təhlükəni yaradır.

Torpaq qatında çürümür, tərkibindəki mikrohissəciklər bitkilərin və kənd təsərrüfatı məhsullarının inkişafını ləngidir. Həmçinin plastik qablaşdırma materiallarının tərkibində olan zəhərli maddələr orada saxlanılan qida ilə qarışaraq insan sağlamlığına birbaşa təsir edir.

Plastik qabların zərərindən danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova bildirib ki, uzun zamandır bu məsələ ilə bağlı maarifləndirmə işləri görülür.

Onun sözlərinə görə, müvafiq qanuna əməl etməyib, plastik qabların yenidən satışı ilə məşğul olan sahibkarlar cərimələnəcəklər.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …