Bazar , Fevral 25 2024
Ana səhifə / Sosial / “Plana düşən” evlərə “kəsilən” 1500 AZN – Kompensasiyanın məbləği artacaqmı?

“Plana düşən” evlərə “kəsilən” 1500 AZN – Kompensasiyanın məbləği artacaqmı?

Paytaxtda bir çox köhnə binalar və ya fərdi yaşayış məntəqələri sökülür. Onların yerlərində ya parklar salınır, ya yeni yollar çəkilir, ya da hündürmərtəbəli binalar tikilir.

Buna baxmayaraq, bir çox hallarda evləri sökülməli olan sakinlər narazılıq edirlər. Bu narazılığa əsas səbəb isə hər kvadrat metr üçün verilən pulun az miqdarda olmasıdır.

Tikinti şirkətləri “bazar qiyməti” adı altında vətəndaşlara sökülən evlərin hər kvadrat metrinə 1500 manat ödəniləcəyini deyir.

Həmin evlərin kvadrat metrini isə 2, hətta 3 dəfə baha satırlar. Bu isə öz növbəsində süni qiymət artımına şərait yaradır.

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı açıqlama verib.

O qeyd edib ki, son illərdə tikinti şirkətlərinin çoxu əvəzləşməyə üstünlük verirlər:

“Həmin ərazidə bina tikilmirsə bu halda həmin şəxsə pul verilir. Bəzi hallarda vətəndaşlar belə şikayətlər edəndə qeyd edirlər ki, bu rəqəm guya Nazirlər Kabineti tərəfindən müəyyən və təsdiq olunub.

Buna görə də dəyişməz qiymətdir. Lakin belə bir şey yoxdur. Nazirlər Kabineti ərazilərə görə tikinti şirkətləri üçün qiymət təsdiq etmir. Bu bir ticarətdir.

Vətəndaş istəyir ki, öz məhsulunu baha satıb, ucuz alsın. Bu bazarın qanunauyğunluğudur. Tikinti şirkəti də təbii ki, bütün planlarını mənfəət götürmək üzərində qurub. Buna görə də tikinti şirkətini ittiham etmək olmaz.

Vətəndaşın konstitusiya tərəfindən verilən hüququ var ki, evini istədiyi qiymətə satsın.

Heç bir tikinti şirkəti məcburi şəkildə vətəndaşı evindən çıxara və evi söka bilməz. Belə hal baş verən zaman mülkiyyətçi prokurorluğa şikayət etməlidir.

Bu zaman isə prokurorluq məsələni araşdırır, hətta tikinti şirkəti barəsində cinayət işi belə açıla bilər. Hesab edirəm ki, bu bir mənəvi məsələdir.

Eyni zamanda, bunun arxasında çox ciddi iqtisadi reallıqlar dayanır. Bu da bazarın qanunauyğunluqlarından biridir”. (Publika.az)

Həmçinin oxuyun

Uşağın bioloji atası olmayan kişi aliment ödəməlidir? – VİDEO

Kişi yeddi ildən sonra övladının bioloji atası olmadığını öyrənib. Bir müddət əvvəl yayılan bu xəbər …