Bazar , Sentyabr 19 2021
Ana səhifə / Sosial / Piyada keçidlərində maskasız olanların cərimələnməsi qanunidirmi? – VİDEO

Piyada keçidlərində maskasız olanların cərimələnməsi qanunidirmi? – VİDEO

Piyada keçidindən keçən maskasız vətəndaşlar cərimələnir.

Söhbət paytaxtın 20 yanvar dairəsindən gedir.

Sözügedən ərazidə yolu keçmək təhlükəli olduğu üçün vətəndaşlar yeraltı piyada keçidindən daha çox istifadə edirlər. Amma bu zaman maskası olmayan vətəndaşlar keçiddə dayanan polislər tərəfindən cərimələnir.

Bəzi vətəndaşlar hesab edir ki, metroya gedənlərlə sadəcə keçiddən istifadə edən şəxslərə fərq qoyulmalıdır. Onların sözlərinə görə, keçidlərin iki tərəfi də açıq olduğundan həmin ərazi qapalı məkan sayıla bilməz.

Ərazidə yoxlama aparan Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin sahə rəisi, polis mayoru Babək Musayev isə “Xəzər Xəbər”ə bildirdi ki, istər yerüstü, istərsə də yeraltı piyada keçidlərində vətəndaşların cərimələnməsi tam qanunidir. 

Qeyd edək ki, piyada keçidlərində tibbi maskadan istifadə etməyən şəxslər qanuna əsasən birinci hal olduqda 100 manat, təkrar baş verdikdə isə 200 manat cərimə olunurlar.

Həmçinin oxuyun

Beyləqanın icra başçısı qazilərə cinayət işi açdırır

Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev bir qurup Vətən müharibəsi qazilərinə cinayət işi açdırır. …