Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Sosial / Piyada keçidinin şüşələri sındırılıb, pilləkənləri dağıdılıb (VİDEO)

Piyada keçidinin şüşələri sındırılıb, pilləkənləri dağıdılıb (VİDEO)

Bakı-Sumqayıt yolunda piyada keçidinin şüşəsi sındırılıb, pilləkənləri isə dağıdılıb. Hələ bu azmış kimi keçidin bəzi materialları da sındırılaraq yerə atılıb.
Söhbət Ekologiya postunun yaxınlığındakı keçiddən geidir. İndiyə qədər bir neçə dəfə təmir edilən piyada keçidi yenə də dağıdılıb. Keçidin bu vəziyyətə salınması ən çox oradan istifadə edən piyadaları qəzəbləndirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, dəfələrlə həmin keçidin şüşələri sındırılıb. Buna görə də qurum tərəfindən ora təhlükəsizlik kameraları qoyulub. Sonuncu hadisə ilə bağlı görüntülər polisə təhvil verilib və araşdırma gedir. Keçidi dağıdan şəxs və ya şəxslərin axtarışları davam edir. Həmin şəxslərin kimliyi müəyyən edildikdən sonra qanuna müvafiq olaraq cəza tədbiri həyata keçiriləcək.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …