Cümə axşamı , Avqust 13 2020
Ana səhifə / Sosial / Pirşağıda dənizi hasarlayıb, pulsuz çimərliyə buraxmırlar – Video

Pirşağıda dənizi hasarlayıb, pulsuz çimərliyə buraxmırlar – Video

Xəzər dənizinin Pirşağı qəsəbəsi ərazisinə düşən çimərlik hissəsi kasıb əhalinin üzünə bağlanıb.

“Yeni Sabah”ın redaksiyasına daxil olan şikayət videosunda açıq-aşkar görürük ki,çimərlik ərazisi hasara alınıb və avtomobillərin əraziyə girişini tənzimləmək üçün xüsusi maneələr yaradıblar.

Şikayətçi maşını ilə çimərlik ərazisinə girmək istəsə də, çimərlik işçisi ondan 10 manat tələb edib. Dediyi məbləği verməyəcəyini təqdirdə çimərliyə daxil ola bilməyəcəyini bildirib. “Bizim Məkan” adlanan obyektin isçisi “qapı”dan aldıqların pulun müqabilində müştərilərə qəbz belə vermir.

Ətraflı videoda:

Həmçinin oxuyun

Azərbaycanda koronavirusun ikinci dalğası olacaq? – Açıqlama

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının iki rəqəmliyə düşməsi və tətbiq edilən yumşalmalar bir növ …