Ana səhifə / Sosial / Peterburq qubernatoru İlham Əliyevin qəbulunda

Peterburq qubernatoru İlham Əliyevin qəbulunda

Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə “Zaqulba” iqamətgahında görüşüb,

“Peterburqski dnevnik”in məlumatına görə, İlham Əliyev bildirib ki, Peterburq və Azərbaycan ikitərəfli münasibətlər çərçivəsində uzun illərdir ki, əməkdaşlıq edirlər: “Belə pozitiv fonda biz regional əməkdaşlığı möhkəmləndirməliyik. Ümid edirik ki, Peterburq ilə potensialı artıracağıq”.

Bakı tarixi vətəni olan Georgi Poltavçenko şəhərin çox dəyişdiyini vurğulayıb və qeyd edib ki, Azərbaycan və Peterburqun ənənəvi olaraq mehriban münasibətləri olub: “Biz gəmiqayırma sahəsində maraqlıyıq, çünki Sankt-Peterburq dəniz şəhəridir”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın