Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Pensiyalar nə vaxt ödəniləcək? – Açıqlama

Pensiyalar nə vaxt ödəniləcək? – Açıqlama

“Yaxın günlərdə pensiyaların maliyyələşdirilməsi təmin olunacaq”. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda bütün aylar üzrə pensiyaların ödənişi müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənilir: “Eyni zamanda hər il olduğu kimi, cari ilin yanvar ayında da yeni büdcə ilinin başlanması ilə əlaqədar xərclər smetasının bölüşdürülməsi prosesi aparılır. Texniki xarakter daşıyan bu proses yekunlaşmaq üzrədir və pensiyaların maliyyələşdirilməsi yaxın bir neçə gündə təmin olunacaq”. 

“Məlumat üçün deyim ki, hər ayın pensiyası elə həmin ay ərzində ödənilir və hazırki yanvar ayının pensiyaları da elə bu ay ərzində tam ödəniləcək”, – F.Talıbov qeyd edib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …