Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Sosial / Pensiyaçılardan hər ay pul tutulacaq? – VİDEO

Pensiyaçılardan hər ay pul tutulacaq? – VİDEO

Pensiyaçılara artıq ödənilən məbləğ geri alınacaq.

“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklik artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur.

Mövzu ilə bağlı danışan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova bildirib ki, dəyişikliyə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq.

Onun sözlərinə görə, pensiyaların səhv hesablanması və yanlış ödəmələr ən çox 2020-ci ilə qədər baş verib.

Qaydalara əsasən, bu məbləğ pensiyaçının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur.

Həmçinin oxuyun

Paytaxt sakini: Buradan iynələr tapırıq, soruşanda isə deyirlər istirahət edirik – VİDEO

Bakının Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 48 ünvanı narkotik istifadəçilərinin “yuvasına” çevrilib. Sakinlə bildiriblər ki, …