Çərşənbə , İyun 19 2019
Ana səhifə / Sosial / Pensiyaçılara şad xəbər:yeni konsepsiya hazırlanır – VİDEO

Pensiyaçılara şad xəbər:yeni konsepsiya hazırlanır – VİDEO

Hazırda 5 minə yaxın insanın pensiya təyinatı avtomatik qaydada aparılır. Ölkədə 1 milyon 300 min insanın pensiya aldığını nəzərə alsaq bu rəqəmin yüksək olmadığını söyləyə bilərik. Avtomatlaşdırmanın əhatə dairəsini genişləndirmək üçün yeni pensiya konsepsiyası hazırlanır. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov yeni konsepisyanın detallarını “XəzərXəbər”lə bölüşüb

Ölkəmizdə pensiya sistemının proqnozlaşdırılması üzrə yeni konsepsiya hazırlanacaq. Bu konsepsiya 2030, 2040, 2050 və sonrakı illər üçün Azərbaycanın pensiya sistemini proqnozlaşdıracaq. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov qeyd edib ki, konsepsiya ölkənin pensiya sistemində islahatlar çərçivəsində hazırlanır.

Məlumata görə Azərbaycanda pensiya sistemininbeynəlxalq praktikada geniş tətbiq edilən daha iki səviyyəsi tətbiq ediləcək. Anar Kərimov qeyd edib ki, yeni konsepisya bu sahədə elektronlaşdırma işlərinin genişləndirilməsini nəzərdə tutur.

Anar Kərimov vurğulayıb ki, konsepsiyaya uyğun olaraq pensiyanın avtomatik təyinatının əhatə dairəsi genişlənəcəyindən ciddi təhlillər aparılacaq. Çünki elə peşə sahibləri var ki, onların pensiya təyinatını işləyib hazırlamaq elə də asan deyil.

Yeni konsepisyanın bu ilin sonuna qədər hazır olanacağı nəzərdə tutulub.

  • 12.03.201909:05294

Həmçinin oxuyun

Azərbaycanda nikah və boşanmaların statistikası açıqlanıb – RƏSMİ

Azərbaycanda bu ilin ilk dörd ayında qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb. Dövlət …