Sosial şəbəkədə biz:
Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır – Rəsmi
Xəbər Şəkli

Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır – Rəsmi

16 March 2026, 15:33
Sosial

Bu ilin yanvar ayının 1-ə olan məlumata görə, Azərbaycanda yaşa görə pensiya alanların sayı 712,1 min  nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir il ərzində yaşa görə pensiya alanların sayı təxminən 5,9 min nəfər artıb.
Onu da qeyd edək ki, son illər Azərbaycanda yaşa görə pensiya alanların sayı sürətlə azalmaqdadır. Son 16 il ərzində Azərbaycanda yaşa görə pensiya alanların sayı 17%-ə yaxın azalıb. 2010-cu ildə ölkədə 858,6 min  pensiyaçı olduğu halda, bu ilin yanvar ayının 1-də onların sayı 712,1 min nəfərə kimi azalıb.
Son 16 ildə yaşa görə pensiya alanların sayı belə olub:
2010-cu il – 858,6 min nəfər;
2011-ci il – 831,1 min əfər;
2012-ci il – 812,8 min nəfər;
2013-cü il – 800,5 min nəfər;
2014-cü il – 791,3 min nəfər;
2015-ci il – 785,1 min nəfər;
2016-cı il – 781,2 min nəfər;
2017-ci il – 781,9 min nəfər;
2018-ci il – 778,1 min nəfər;
2019-cu il – 756,1 min nəfər;
2020-ci il – 742 min nəfər;
2021-ci il – 716,2 min nəfər;
2022-ci il – 707 min nəfər;
2023-cü il – 696,3 min nəfər;
2024-cü il – 706,2 min nəfər;
2025-ci il – 712,1 min nəfər.


Məlumat üçün onu da bildirək ki, bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 166,2 min nəfərə yaşa görə müavinət təyin olunub.
Yaşa görə müavinət alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 min və ya 6,7% artıb.
Qeyd edək ki, son 7 ildə yaşa görə müavinət alanların sayı və onlara təyin olunan aylıq müavinətin məbləği belə olub:
1 Yanvar 2020-ci il – 82,4 min nəfər (aylıq müavinət 130 manat);
1 Yanvar 2021-ci il – 100,2 min nəfər (130 manat);
1 Yanvar 2022-ci il – 113,6 min nəfər (180 manat);
1 Yanvar 2023-cü il – 128,3 min nəfər (220 manat);
1 Yanvar 2024-cü il – 143,7 min nəfər (220 manat);
1 Yanvar 2025-ci il – 156,2 min nəfər (220 manat).
1 Yanvar 2026-cı il – 166,7 min nəfər (220 manat).


Məlumat üçün bildirək ki, yaşa görə müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur. Hazırda Azərbaycanda kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 64 il 6 aydır.