Cümə , Aprel 12 2024
Ana səhifə / Sosial / Pensiya yaşına çatıb əmək pensiyası ala bilməyənlərin sayı sürətlə artır – Rəsmi

Pensiya yaşına çatıb əmək pensiyası ala bilməyənlərin sayı sürətlə artır – Rəsmi

Bu ilin yanvarın 1-nə olan məlumata görə Azərbaycanda yaşa görə pensiya alan 701,4 min nəfər olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin əvvəlində yaşa görə pensiya alanların sayı 696,4 min nəfər olub.
Məlumatlardan da göründüyü kimi, son bir ildə yaşa görə pensiya alanların sayı 5 min nəfər artıb.
Onu da bildirək ki, son bir ildə yaşa görə müavinət alanların sayı əmək pensiyası alanların sayından 3 dəfə çox artıb. Belə ki, son bir ildə yaşa görə müavinət alanların sayı 15,4 min nəfər artaraq 143,7 min nəfər olub.
Qeyd edək ki, yaşa görə müavinət əmək pensiyası almaq hüququ olmayan şəxslərə təyin olunur. Əmək pensiyası hüququnun olması üçün vətəndaşın ya 25 illik iş stajı, ya da pensiya kapitalı minimum həddə (hazırda 40 min 320 manat) olmalıdır. Yaşa görə müavinətin aylıq məbləği 220 manat təşkil edir.

Həmçinin oxuyun

Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib – VİDEO

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.Belə bir halla paytaxt sakini …