Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Sosial / Pensiya və uşaqpulu ilə bağlı yeni xəbər var – VİDEO

Pensiya və uşaqpulu ilə bağlı yeni xəbər var – VİDEO

Ötən həftə Milli Məclisin iclasında maliyyə naziri Samir Şərifov deyib ki, insanlar normal pensiya almaq üçün 35 il işləməlidirlər. Nazirin açıqlaması isə birmənalı qarşılanmayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Xəzər Xəbər”ə müsahibəsində qeyd edib ki, ölkədə yalnız staja görə deyil, həm də yığım məsələsinə görə pensiya tətbiq olunması qaydaları var.

Komitə sədri qeyd edib ki, bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda da getdikcə yaşlı insanların sayı işləyən insanların sayına nisbətən artır.

Son 4 ildə əmək pensiyalarının orta aylıq məbləğinin 120 manatdan çox artdığına diqqət çəkən Tahir Mirkişi gələn il Azəraycanda orta göstəricinin  ciddi şəkildə çoxalacağını vurğulayıb. Uşaqpulunun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirən komitə sədri qeyd edib ki, istənilən halda yardımlar ünvanlı olmalıdır. Ən müasir yanaşma ondan ibarətdir ki, birdən-birə hər kəsə deyil, bu yardımlar ehtiyac müəyyən edildikdən sonra verilsin.

Millət vəkili deyir ki, uşaq pulu ilə bağlı məsələ hökümət ilə Milli Məclisin gündəmindədir.

Həmçinin oxuyun

Şərurlu İsfəndiyar: “Bizim binalar Türkiyədəkindən çox keyfiyyətlidir”

“Şərur” MTK-nın sədri, tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Türkiyədə yeni tikilən çoxmərtəbəli binaların …