Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Pensiya üzü görmədən ölənlərin sayı kəskin artıb

Pensiya üzü görmədən ölənlərin sayı kəskin artıb

Azərbaycanda insan ölümlərinin sayı kəskin artıb. Rəsmi məlumata görə, 2021-ci ilin ilk 3 ayında Azərbaycanda 19 014 ölüm faktı qeydə alınıb. Keçən ilin ilk 3 ayı ilə müqayisədə 18% artım var. Eyni zamanda, 2014-2019-cu illər üzrə yanvar-mart ayları üçün orta göstəricilərlə müqayisə etsək, bu, 4185 “əlavə” ölüm deməkdir.  

2019-cu ilin nəticələrinə görə, bütün ölümlərin 41%-i 65 yaşa qədər baş verib. Ölümün “cavanlaşması” dinamikası əsasən 2006-cı ildən yüksəlməyə başlayıb. Xüsusən kişilər arasında erkən ölümlərin sayı kəskin artıb. Rəsmi məlumatlara görə, 2019-cu ildə vəfat edən kişilərin 50 faizi 65 yaşa çatmayıb. Qadınlarda isə bu rəqəm nisbətən yuxarıdır, vəfat edən hər 100 qadından 30 nəfəri 65 yaşadək həyata vida edir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə orta ömür 75,8 ilə bərabərdir. Pensiya yaşı isə 65 müəyyən olunub. Hökumətin yanaşmasına əsasən, orta hesabla, vətəndaş təqaüdə çıxdıqdan sonra 12 il pensiya ala bilər. Bu da beynəlxalq standartlara uyğundur. Amma təqdim edilən rəqəmlərdən görünür ki, yaşlı əhalinin əhəmiyyətli hissəsi pensiya almadan həyatla vidalaşır. 

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq müəyyənləşdirilir. 

Əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” qanuna əsasən yaşa görə 130 manat sosial müavinət verilir.

Bəs pensiya yaşına çatmadan vəfat edən şəxslərin toplanan pensiya kapitalının aqibəti necə olur? Onu mərhumun ailəsinə hansı formada verirlər?

İqtisadçı ekspert Rövşən Ağayev “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, Azərbaycanda pensiya kapitalı iki cür istifadə olunur, vətəndaşın ailəsinə birbaşa verilmir. Onun sözlərinə görə, əgər vəfat edən şəxsin həyat yoldaşı pensiya alırsa və onun məbləği mərhumun aldığı pensiyadan aşağıdrsa, o zaman aldığı pensiya həcmində ona təqaüd təyin olunur. Yəni həyat yoldaşı mərhum ərinin (yaxud, arvadının) pensiyasını alır.

R.Ağayev qeyd edir ki, ikinci halda əgər mərhumun həyat yoldaşı pensiya hüququ qazanırsa (penisya kapitalı 28.8 min manat olmalıdır-red) və onun alacağı məbləğ vəfat edən həyat yoldaşının alacağı məbləğdən aşağı olacaqsa, bu zaman mərhumun təqaüdü üstün pensiya kim həyat yoldaşına təyin olunur. Ekspert onu da bildirdi ki, vəfat ertmiş şəxsin ata-anasının aldığı təqaüd mərhumun gələcəkdə alacağı pensiyadan aşağıdırsa, valideynlərdən biri könüllü şəkildə övladın alacağı təqaüdün ona kəsilməsini istəyə bilər.

“Əgər vəfat etmiş şəxsin 18 yaşına çatmayan övladı(ları) varsa, onun pensiya kapitalı onlar arasında bölünür. Əgər övladları ali təhlis alırsa, 23 yaşa qədər onlara həmin məbləğin ödənilməsi davam etdirilir. Qanunvericilikdə nəzərdə tutulmuş bu halların heç biri yoxdursa, o zaman vəfat ertmiş şəxsin pensiyası batmış hesab olunur”, – deyə iqtisadçı vurğulayıb.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …