Şənbə , Yanvar 29 2022
Ana səhifə / Sosial / Pensiya ilə yanaşı, müavinətlər də artacaq – VİDEO

Pensiya ilə yanaşı, müavinətlər də artacaq – VİDEO

‘Sosial islahatların yeni mərhələsi kimi, növbəti sosial islahat paketi hazırlanıb”. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. O qeyd edib ki, pensiya və müavinətlərin məbləğində artım olacaq və bu qərar 2 milyondan çox insanı əhatə edəcək. Nazir Xızıda helikopter qəzasında şəhid olmuş hərbçilərin ailələrinə və yaralananlara müvafiq sosial ödənişlərin həyata keçiriləcəyini bildirib.

2022-ci ilin əvvəlindən minimum pensiya və müavinətlər artacaq. Bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir artımların nə qədər insanı əhatə edəcəyinə aydınlıq gətirib.

Sahil Babayev vurğulayıb ki, pensiya sistemində yeni humanist yanaşmaların tətbiqi davam edəcək. Nazir qeyd edib ki, Xızıda hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olmuş hərbçilərin ailələrinə və yaralananlara müvafiq sosial ödənişlərin hər biri təyin ediləcək.

Həmçinin oxuyun

Azərbaycanda koronavirusla bağlı qorxulu STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 564 yeni yoluxma faktı qeydə alınıb, 1 004 nəfər …