Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Sosial / Pensiya ilə bağlı 65 yaşı gözləməyə ehtiyac qalmayacaq – VİDEO

Pensiya ilə bağlı 65 yaşı gözləməyə ehtiyac qalmayacaq – VİDEO

Vətəndaşın işlədiyi dövrdə yığılan pensiya kapitalını vaxtından əvvəl istifadə etməsi məsələsi aktuallaşır.

Hazırda bu məsələ Milli Məclisdə müzakirə olunur.

Başqa ölkələrdə uğurla tətbiq edilən mexanizmin ölkəmizdə də tətbiq edilməsi üçün xarici təcrübə öyrənilir.

Mövzu ilə bağlı danışam millət vəkili Vüqar Bayramov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, bəzi hallarda vətəndaşın kifayət qədər böyük pensiya kapitalı olduğu halda, həmin vəsaitdən istifadə etmək üçün 65 yaşı gözləməli olur. Onun fikrincə, əgər sözügedən sistem tətbiq olunarsa vətəndaş artıq 65 yaşı gözləmək məcburiyyətində qalmayacaq. Yəni 65 yaşa çatana qədər vətəndaş pensiya kapitalı səhiyyə, kommunal xərclərinə və ya kredit borcuna yönəldə bilər.

Millət vəkili həmçinin qeyd edib ki, pensiya kapitalını vətəndaşın sahibkarlıq fəaliyyətinə və ya özünüməşğulluğuna yönəltməklə də vəsaitin daha faydalı istifadəsinə şərait yaradıla bilər.

Həmçinin oxuyun

Azərbaycanda hər 100 ailəyə neçə avtomobil?

Bakı Araşdırmalar İnstitutu Azərbaycanın ailə təsərrüfatları üzrə göstəricilər yayıb. Novator.az bildirir ki, rəsmi statistikaya əsaslanan …