Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Pensiya artımı kimlərə şamil olunmayacaq? (VİDEO)

Pensiya artımı kimlərə şamil olunmayacaq? (VİDEO)

2018-ci ildə pensiyalarda artımın hansı mexanizm üzrə aparılacağı açıqlanıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ilk olaraq 2017-ci il üçün əməkhaqqının artım tempi hesablanacaq.
Səlim Müslümovun sözlərinə görə, pensiya artımı bəzi kateqoriyadan olan insanlara şamil edilməyəcək.
Məlumdur ki, gələn ilin yanvar ayının 1-dən etibarən işsizlikdən sığorta haqqında qanun tətbiq ediləcək. Qanuna əsasən, növbəti ildən işsiz insanlar sığorta ödənişləri əldə edə biləcəklər. Bunun üçün bəzi tələblər nəzərdə tutulub.
Bu arada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında niyyət məktubu imzalanıb. Məktubda Azərbaycanda özünəməşğulluq proqramının həyata keçirilməsi, milli məşğulluq strategiyasının icra edilməsi kimi məsələlər əks edilib.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …