Bazar ertəsi , May 20 2019
Ana səhifə / Sosial / Pediatr sos verdi: Ora getməyin!

Pediatr sos verdi: Ora getməyin!

“Belə hesab olunur ki, dəniz suyu durğun sulardan fərqli olaraq, həm də “duzluluğu” hesabına xəstəliktörədiciləri məhv edir, öz özünü təmizləyir. Amma bu həmişə belə olmur”.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev öz facebook səhifəsində qeyd edib. O, bildirib ki, duzluluq müəyyən səbəblərdən azaldıqda və xəstəliktörədicilərin miqdarı çox olduqda insanlar(xüsusən uşaqlar) müxtəlif infeksiyalara yoluxur.

V. Qarayev qeyd edib ki, son vaxtlar uşaqlarda bağırsaq infeksiyalarına, dəridə səpkilərə, konyunktivitə (gözün iltihabına) daha çox rast gəlinir. Onun fikrincə, dəniz qumundan helmintlərə (qurdlara) və göbələyə yoluxma da mümkündür.

“Dənizdə uşaqların ağzına su keçməməsi üçün ciddi nəzarət, uşaqların qulaqlarını qorumaq üçün xüsusi qulaqcıqlardan istifadə etmək lazımdır. Dəniz qumunun təmizliyinə şübhə varsa, ayaqyalın gəzmək düzgün deyil, çimərlik ayaqqabılarından istifadə olunmalıdır. Çılpaq halda dəniz qumuna uzanmaq düzgün deyil. Təmiz olmayan qum müxtəlif problemlər yarada bilər. Ən vacib məsələ: rəsmi qadağan olunmuş çimərliklərə getməyin!”

Həmçinin oxuyun

Beşdən çox uşağı olan ailələrin sayı açıqlandı

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 290 nəfər qəyyumuna həmçinin şəhid ailələrinin, müharibə …