Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Paytaxtın taksi bazarı: Xaos, yoxsa azad rəqabət?

Paytaxtın taksi bazarı: Xaos, yoxsa azad rəqabət?


“Bolt” taksi şirkəti Azərbaycanda haqsız rəqabət və inhisarçılıq cəhdlərinə görə cərimələnib.

Belə ki, “189 taksi” şirkəti “Bolt” barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edib.

Şikayətdə “Bolt” şirkətinin qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxararaq haqsız rəqabətə yol verdiyi bildirilib. 

Araşdırma nəticəsində iddianın doğru olduğu təsdiqlənib və şirkət 113 min manat cərimələnib.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya açıqlamasında bildirib ki, inhisarçılıq yolverilməzdir:

“Biz də bu cərimənin tərəfdarıyıq. Həmişə də deyirik ki, xarici şirkətlər ölkəyə qədəm qoyursa, ölkənin qanunlarına və qaydalarına uyğun hərəkət etməlidir. Antiinhisar qanunları var. Aidiyyəti qurum da məsələni araşdırıb, fakt təsdiqini tapıb və tədbir görüb. Nəinki, “Bolt” digər şirkətlər də bazarda süni qiymət artımı və ya azalması kimi oyunlar həyata keçirir. Bununla da özlərinə reytinq qazanaraq, insanları cəlb edirlər. Nəticədə qeyri-bərabər bir mühit formalaşır və sahibkarlıq subyektlərinə ciddi ziyan dəyir”.

Ekspert hesab edir ki, belə halların qarşısını almaq lazımdır:

“Biz vaxtilə deyirdik ki, taksi xidmətlərində qiymətlər qaydalara uyğun deyil və yaxud da daşımlar üzrə qaydalara uyğun qiymət tənzimlənmir. Düşünürəm ki, bu cür halların baş verməməsi üçün qiymətlərin tənzimlənməsinə çox ciddi şəkildə ehtiyac var və buna nəzarət olunmalıdır”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …