Cümə , Yanvar 22 2021
Ana səhifə / Sosial / Paytaxtda taksi şirkətləri qiymətləri ikiqat artırdı – Video

Paytaxtda taksi şirkətləri qiymətləri ikiqat artırdı – Video

Bayram günü, konkret olaraq dekabrın 31-də taksi şirkətləri qiymətləri ikiqat artırıb.

Sosial şəbəkələrdə bu cür xeyli sayda şikayət görmək mümkündür.

Tamaşaçılardan biri isə “Xəzər Xəbər”ə taksi şirkətindən gələn mesajı göndərib. O qeyd edib ki, ötən gün metronun “Həzi Aslanov” stansiyasının yaxınlığından “Xətai” stansiyası istiqamətinə getmək üçün taksi sifariş verib. Bu sifariş ona 6 manat 40 qəpiyə başa gəlib. Halbuki, normal vaxtlarda gedişhaqqı bundan 2 dəfə aşağı olur.

Biz də bu gün həmin taksi şirkəti ilə əlaqə saxlayaraq metronun “Həzi Aslanov” stansiyasından “Xətai” stansiyasına getmək istədiyimizi bildirdik. Amma gedişhaqqı ötən günkündən xeyli aşağı oldu.

Şirkətin operatoru ötən gün qiymətlərin Bayrama görə yüksək olduğunu etiraf etdi.

Başqa bir taksi şirkətindən isə onlarda gecə və gündüz tariflərinin, eləcə də bayram günlərində qiymətlərin fərqli olduğunu bildirdilər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, qiymətlərin gecə və gündüzə görə dəyişdirilməsi, eləcə də bayram günlərində artırılması düzgün deyil. Hazırda taksi fəaliyyəti sahəsində pərakəndəlik var. Agentlik bu pərakəndəliyin aradan qaldırılması istiqamətində layihə hazırlayıb.

Taksi fəaliyyəti sahəsindəki pərakəndəlik mərhələli şəkildə həll olunacaq.

Həmçinin oxuyun

Bakıda yol qəzaları ən çox bu küçələrdə baş verir

Bakıda 2020-ci ildə yol-nəqliyyat hadisələrinin daha çox qeydə alındığı küçə və prospektlər açıqlanıb.Bakı Şəhər Dövlət …