Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Paytaxtda istehlak məhsullarının və xidmətlərin qiymətləri bahalaşıb

Paytaxtda istehlak məhsullarının və xidmətlərin qiymətləri bahalaşıb

İyunda Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri may ayına görə 0,4 faiz ucuzlaşıb, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,9 faiz bahalaşıb.

Azərtac Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, iyunda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri may ayına nisbətən 1 faiz ucuzlaşıb. Altı ayda əvvəlki ilin müvafiq dövrünə görə isə 2,2 faiz bahalaşıb. Eyni zamanda, iyunda qeyri-ərzaq məhsullarının qiymətləri may ayına görə 0,1 faiz ucuzlaşıb, birinci yarımildə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artıb.

İyunda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri may ayına nisbətən sabit qalıb, yarım ildə əvvəlki ilin müvafiq dövrünə görə isə 4,6 faiz bahalaşıb.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …