Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Paytaxtda bir neçə yaşayış binası söküləcək – Video

Paytaxtda bir neçə yaşayış binası söküləcək – Video

Nərimanov rayonunun Həsənoğlu küçəsində yeddi yaşayış binası söküləcək. Bununla bağlı sakinlərə “Ailə Park” tikinti şirkəti tərəfindən məlumat vərəqələri də paylanılıb. 

Baku.TV xəbər verir ki, vərəqələrin üzərində sakinlərin hansı sənədləri təqdim etməli olduğu göstərilib. 

“Ailə Park” MMC-nin rəsmi nümayəndəsi Kamil Məmmədlinin sözlərinə görə, həmin ərazidəki binalar yaşayış üçün tamamilə yararsızdır. Ərazidə artıq hasarlama işləri başlanılıb. Sakinlərlə notarial qaydada müqavilələr bağlandıqdan sonra onlara müvəqqəti kirayədə qalmaq üçün rüb hesabı olaraq 3 aylıq ödənişlər ediləcək.

“Əmin olsunlar ki, sökdüyümüz binaların yerində tikdiyimiz çoxmərtəbəli binalarda onlara mənzil və mülkiyyət verəcəyik”, – deyə şirkətin təmsilçisi bildirib.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …